"Botafoqo"nun yarımmüdafiəçisi Danilo Santos karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.

Matc.az xəbər verir ki, bu barədə "Fotomaç" nəşri məlumat yayıb.

"Qalatasaray" braziliyalı futbolçunun xidmətində maraqlıdır. İstanbul təmsilçisinin baş məşqçisi Okan Buruk Danilonu komandasında görmək istəyir. "Sarı-qırmızılar" 25 yaşlı oyunçu üçün A Seriyası klubuna 30 milyon avro ödəməyə hazırdır.

Qeyd edək ki, Braziliya millisinin üzvü olan Danilo Santos bu mövsüm "Botafoqo"nun heyətində keçirdiyi 22 oyunda 10 qol vurub, 3 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest