08 May 2026, 17:17
FUTBOL
"Barselona" Robert Levandovski ilə yeni müqavilə ilə bağlı danışıqlar aparır.
Matc.az xəbər verir ki, bu barədə jurnalist Roxer Torello məlumat yayıb.
37 yaşlı oyunçunun gələcəyi Hans-Diter Flikin qərarından, daha dəqiq desək, almaniyalı mütəxəssisin yeni mövsümdə hücumçuya hansı rolu verəcəyindən asılıdır. Məhz məşqçinin planları əsasında polşalı hücumçu komandada qalıb-qalmayacağı ilə bağlı yekun qərarını verəcək.
Kataloniya təmsilçisi Levandovski ilə 2027-ci ilin yayına qədər müqavilə bağlamağa hazırdır. Lakin bu, əməkhaqqının əhəmiyyətli dərəcədə azaldılması şərti ilə mümkündür.
Qeyd edək ki, Robert Levandovski bu mövsüm "Barselona"nın heyətində bütün turnirlərdə keçirdiyi 42 oyunda 18 qol vurub, 4 qol ötürməsi edib.












_1778249103.jpg)
