09 May 2026, 21:36
FUTBOL
Misli Premyer Liqasında "Ayın qolu" layihəsi çərçivəsində aprel ayının ən yaxşı qolunun müəllifi olan Nikola Ninkoviç mükafatlandırılıb.
Misli Premyer Liqasında "Ayın qolu" layihəsi çərçivəsində aprel ayının ən yaxşı qolunun müəllifi olan Nikola Ninkoviç mükafatlandırılıb.
Matc.az xəbər verir ki, bu barədə PFL-in mətbuat xidməti məlumat yayıb.
"Sumqayıt" klubunun futbolçusuna mükafatı Misli Premyer Liqasının XXXI turunun "Sumqayıt" – "Araz-Naxçıvan" görüşündən əvvəl Peşəkar Futbol Liqasının Media və marketinq direktoru Sənan Abdullayev təqdim edib.













