Türkiyə Superliqasında XXXIII turun oyunları keçirilib.
Matc.az xəbər verir ki, turun bütün oyunları eyni gündə, eyni saatda baş turub.
"Qalatasaray" doğma meydanda "Antalyaspor"la üz-üzə gəlib. "Sarı-qırmızılılar" 4:2 hesabı ilə qələbə qazanaraq, sona bir tur qalmış çempionluğunu elan edib.
Qeyd edək ki, bu, "Qalatasaray"ın tarixində 26-cı, ardıcıl isə 4-cü çempionluğudur.
Türkiyə Superliqası
XXXIII tur
9 may
"Alanyaspor" – "Kayserispor" - 3:1
"Başakşəhər" – "Samsunspor" - 3:0
"Beşiktaş" – "Trabzonspor" - 1:2
"Qalatasaray" – "Antalyaspor" - 4:2
"Göztəpə" – "Qaziantep" - 2:1
"Gənclərbirliyi" – "Kasımpaşa" - 3:2
"Kocaelispor" – "Karagümrük" - 0:1
"Konyaspor" – "Fənərbaxça" - 0:3
"Eyüpspor" – "Rizəspor" - 4:0













