10 May 2026, 10:45
FUTBOL
Messini MLS-in tarixində "qol+ötürmə" sisteminə görə 100 qol və məhsuldar ötürməyə ən tez çatan oyunçu olub.
"İnter Mayami"nin hücumçusu Lionel Messi MLS-də "Toronto"ya qarşı oyunda (4:2) 1 qol vurub və 2 məhsuldar ötürmə edib.
Matc.az xəbər verir ki, bu, Messini MLS-in tarixində "qol+ötürmə" sisteminə görə 100 qol və məhsuldar ötürməyə ən tez çatan oyunçu edib. Bu nailiyyət üçün ona 64 oyun kifayət edib.
Əvvəlki rekord "Toronto"nun sabiq oyunçusu Sebastian Covinkoya (95 matçda 58 qol və 42 məhsuldar ötürmə) məxsus idi.
Bu kateqoriyada ilk "üçlüy"ü "Los Anceles Qalaksi"də oynamış Robbi Kin tamamlayır. İrlandiyalı futbolçu 96 matçda 62 qol vurub və 39 məhsuldar ötürmə edib.













