"Bavariya"nın "Yuventus" ilə müqaviləsi bu yay başa çatacaq Turin klubunun hücumçusu Duşan Vlahoviçi heyətinə qatmaq istəyi davam edir.

Matc.az xəbər verir ki, bu barədə məlumatı Nikolo Şira paylaşıb.

Bildirilir ki, danışıqlar may ayının son həftəsində aparılacaq. Münhen klubu Vlahoviçə 2028-ci ilin yayına qədər 2 illik müqavilə təklif etmək niyyətindədir. Serbiyalı futbolçunun "Bavariya"dakı maaşının 6 milyon avro olacaq.

Qeyd edək ki, Vlahoviç "Yuventus"a 2022-ci ilin yanvarında "Fiorentina"dan keçib. Onun transfer haqqı 85,4 milyon avro təşkil edib. Bu mövsüm hücumçu A Seriyasında 17 oyunda 5 qol vurub və 1 məhsuldar ötürmə edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest