10 May 2026, 15:18
FUTBOL
Rusiyanın "Spartak" klubu "Trabzonspor"un hücumçusu Felipe Auqusto üçün rəsmi təklif göndərib.
Matc.az xəbər verir ki, bu barədə məlumatı jurnalist Ekrem Konur paylaşıb.
Bildirilir ki, Sankt-Peterburq klubu daha əvvəl Auqustonun transferi üçün Türkiyə təmsilçisinə 15 milyon avro təklif etsə də, rədd cavabı alıb. "Trabzonspor" hücümçusu üçün 20 milyon avro tələb edir.
22 yaşlı hücumçu ilə "Zenit" və "Benfika" da yaxından maraqlanır.
Qeyd edək ki, Auqusto 2025-ci ilin yayından bəri "Trabzonspor"da oynayır. Bu müddət ərzində hücumçu bütün yarışlarda 37 oyunda meydana çıxıb və 15 qol vurub. Onun klubla hazırkı müqaviləsi 2029-cu ilin yayına qədərdir. "Transfermarkt" portalında futbolçunun dəyəri 10 milyon avrodur.













