10 May 2026, 17:21
FUTBOL
Bakıda təlim-məşq toplanışında olan çimərlik futbolu üzrə Azərbaycan milli komandası ikinci yoldaşlıq oyunu keçirib.
Bakıda təlim-məşq toplanışında olan çimərlik futbolu üzrə Azərbaycan milli komandası ikinci yoldaşlıq oyunu keçirib.
Matc.az xəbər verir ki, komandamız növbəti dəfə Qazaxıstan yığması ilə qarşılaşıb.
Su İdmanı Sarayında təşkil olunan görüş millimizin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Komandamızın heyətində Ramil Əliyev 2, Sahib Məmmədov isə 1 qol vurub.
Qeyd edək ki, komandalar arasında keçirilən ilk oyunda millimiz 6:4 hesablı qələbə qazanıb.













