Misli Premyer Liqasının XXXI turunda "Turan Tovuz" doğma meydanda "Karvan-Yevlax"ı qəbul edib.

Matc.az xəbər verir ki, Tovuz şəhər stadionunda baş tutan qarşılaşmada meydan sahibləri minimal hesablı qələbəyə sevinib.

Bu qələbədən sonra 59 xalla turnir cədvəlinin üçüncü pilləsində qərarlaşan Tovuz klubu avrokuboklara vəsiqəni təmin edib.

Turnir cədvəlinin sonuncu pilləsində yerləşən "Karvan-Yevlax" isə Premyer Liqa ilə vidalaşmalı olacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest