"Turan Tovuz" Misli Premyer Liqasının 31-ci turunda doğma meydanda "Karvan-Yevlax"a 1:0 hesabı ilə qalib gəlib.

Matc.az xəbər verir ki, Tovuz təmsilçisinin baş məşqçisi Kurban Berdiyev oyundan sonra keçirilən mətbuat konfransında qarşılaşma ilə bağlı fikirlərini bildirib və jurnalistlərin suallarını cavablandırıb.

- Futbolçulara çətin oyun olacağını demişdim. Çünki onlar məsuliyyəti dərk edirdilər. Şükür Allaha, qələbə qazanaraq tapşırığın öhdəsindən gəldik.

- Məşqçi kimi karyeranızda çoxsaylı uğurlar olub. Azərbaycandakı uğur karyeranızda hansı yeri tutur?
- Azərbaycandakı uğurum karyeramda xüsusi yer tutur. Çünki mən bura gələndə, klub prezidenti qarşımıza xeyirli məqsədlər qoydu ki, tovuzlu azarkeşlərə sevinc bəxş edək. Klub prezidentə təşəkkür edirəm ki, bu layihəyəy görə öz ürəyini qoydu. Bu müddət ərzində harda oynamağımızdan asılı olmayaraq bizə dəstək olan azarkeşlərə təşəkkür edirəm. Bu uğur karyeramda xüsusi əhəmiyyətli yer tutur. Çünki bu 2 il ərzində ən aşağı nöqtələrdən başladıq və gəldiyimiz nöqtə budur, avrokuboklara gedirik.

- "Turan Tovuz" avrokuboklarda uğurlu olması üçün ciddi şəkildə güclənməlidir?
- Klub prezidenti tapşırıq verib ki, heyət güclənməlidir. Futbolçular dəvət etmək üçün variantlar axtarırıq. Oyunçuları dəvət edəndə onlar baxır ki, klub avrokuboklarda oynayır, ya yox. İndi asan olacaq.

- Növbəti mövsüm Premyer Liqada hədəf yüksələcək?
- Bu barədə indidən danışmaq çətin olar. Bu, komandanın nə qədər güclənməyimizdən asılı olacaq. Baxın, "Sabah" güclü heyətə sahib olduğu üçün çempion oldu. Bunu da inkar edə bilmərik. Məhz gələnlər "Sabah"ın oyununu canlandırdı. Həmçinin baş məşqçi amili də özünü doğrultdu.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest