10 May 2026, 22:32
FUTBOL
Misli Premyer Liqasının XXXI turunda "Turan Tovuz" doğma meydanda "Karvan-Yevlax"ı 1:0 hesabı ilə məğlub edərək avrokuboklara vəsiqəni təmin edib.
Matc.az xəbər verir ki, oyundan sonra Tovuz klubunun idarə heyətinin sədri Ehtiram Quliyev qələbni şərh edib:
"Hər şeydən əvvəl, azarkeşlərimizə təşəkkür edirəm. Biz bir şəhəri yox, bütövlükdə Qərbi təmsil edirik. "Turan" adı böyükdür, ona görə, onlardan aldığımız ilhamla oyundan-oyuna çıxırıq. Addım-addım qoyduğumuz məqsədə doğru irəliləyirik. Gün keçdikcə oyunumuz oturur, yaxşı olacaq.
Ehtiram Quliyev baş məşqçi Kurban Berdiyev ilə bağlı da açıqlama verib:
"Kurban Berdiyevlə bir-birimizə verdiyimiz sözlər var. O sözlərə əməl etməmiş, heç birimiz gedən deyilik".




_1676119785_1775743701_1778450387.jpg)








