"Liverpul"un əsas qapıçısı Alisson Bekker klubunu dəyişmək istəyir.
Matc.az xəbər verir ki, bu barədə məlumatı Ben Ceykobs paylaşıb.
Bildirilir ki, braziliyalı qapıçı onunla yaxından maraqlanan "Yuventus" klubundan gələcək təklifə açıqdır. Eyni zamanda qeyd olunur ki, 33 yaşlı qapıçı İngiltərə klubuna transferi üçün israr etməyəcək. O, yalnız təklif bütün tərəflər üçün sərfəli olarsa, "Liverpul"dan ayrılmaq istəyir.
Alisson "Liverpul"dan ayrılsa, bu, "Valensiya"dan icarədən qayıdan Giorgi Mamardaşvili üçün əsas heyətdə yer almasına yol açacaq.
Braziliyalı qapıçının İngiltərə klubu ilə hazırkı müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədərdir.
Xatırladaq ki, Alisson 2018-ci ilin yayından bəri "Liverpul"da oynayır. O "Liverpul"da 332 oyun keçirib, 305 qol buraxıb və 137 oyunda qapısını toxunulmaz saxlayıb.













