11 May 2026, 12:31
FUTBOL
Futbol üzrə Danimarka Super Liqasında XXXI turun oyunları keçirilib.
Matc.az xəbər verir ki, lider "Orxus" səfərdə "Brondbi"ni 2:0 hesabı ilə məğlub edib.
Yakob Poulsenin rəhbərlik etdiyi komanda mövsümün bitməsinə bir tur qalmış xallarını 50-yə yüksəldib və ən yaxın izləyicisi "Midyullann"ı 4 xal qabaqlayır.
"Orxus" tarixi ərzində 6-cı dəfə Danimarka çempionu olub. Onlar sonuncu dəfə 40 il əvvəl bu titulu qazanmışdılar.













