"Barselona" İspaniya La Liqasının XXXV turunda doğma meydanda "Real"ı 2:0 hesabı ilə məğlub edərək İspaniya çempionu olub.
Matc.az xəbər verir ki, bu titul Kataloniya təmsilçisinin müdafiəçisi Joao Kaselo üçün əlamətdar olub.
Portuqaliyalı sağ cinah müdafiəçisi Avropanın beş böyük liqasından dördündə çempionluq yaşayan ilk futbolçu olub. 31 yaşlı oyunçu "Yuventus"la İtaliya, "Mançester Siti" ilə İngiltərə, "Bavaria" ilə Almaniya çempionu olub. Təcrübəli futbolçu həmçinin, "Benfika" forması ilə Portuqaliyada eyni sevindi yaşayıb.
Qeyd edək ki, "Barselona" Joao Kanselonu bu ilin yanvarında "Əl-Hilal"dan icarəyə götürüb. Portuqaliya millisinin üzvü La Liqa nəhənginin heyətində keçirdiyi 20 oyunda 1 qol vurub, 4 qol ötürməsi edib.













