"Atletiko"nun heyətində ciddi itki baş verib.

Matc.az xəbər verir ki, müdafiəçi Nauel Molina sıradan çıxıb.

28 yaşlı futbolçu bud əzələsindən zədə alıb. Argentina millisinin üzvü mövsümün qalan oyunlarına iştirak etməyəcək. Təcrübəli sağ cinah müdafiəçisi iyun ayında başlayacaq dünya çempionatına kimi bərpa olacaq.

Qeyd edək ki, nauel Molina bu mövsüm "Atletiko"nun heyətində bütün turnirlərdə keçirdiyi 46 oyunda 2 qol vurub, 4 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest