"Roma"nın hücumçusu Doniell Malen İtaliya çempionatında yeni rekorda imza atıb.

Matc.az xəbər verir ki, niderlandlı forvard qış fasiləsində A Seriyasına gəldikdən sonra mövsüm ərzində ən çox qol vuran futbolçu olub. Bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.

Malen XXXVI turun "Parma" ilə matçında (3:2) dubl etməklə buna nail olub. 27 yaşlı futbolçu yanvarda qoşulduğu paytaxt təmsilçisinin heyətində ölkə çempionatında keçirdiyi 16 oyunda 13 qol vurub. Əvvəlki rekord 2013-cü ilin qışında "Milan"a keçdikdən sonra mövsümün ikinci yarısında 12 qol vuran Mario Balotelliyə aid idi.

Qeyd edək ki, "Roma" Doniell Maleni "Aston Villa"dan icarəyə götürüb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest