"Atletik"in müdafiəçisi İniqo Lekue karyerasını başa vuracaq.

Matc.az xəbər verir ki, bu barədə Bilbao təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Lekue mövsüm başa çatdıqdan sonra peşəkar futbolla vidalaşacaq. O, 33 yaşında karyerasını bitirmək qərarı verib.

Qeyd edək ki, İniqo Lekue 2013-cü ilin yayından "Atletik"də çıxış edir. İspaniyalı sağ cinah müdafiəçisi bu müddət ərzində komandanın heyətində keçirdiyi 281 oyunda 4 qol vurub, 14 qol ötürməsi edib.  Təcrübəli futbolçu bu mövsüm isə 18 matçda meydanda olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest