11 May 2026, 19:20
FUTBOL
Avrokubokların final oyunlarının təyinatları açıqlanıb.
Matc.az xəbər verir ki, "Arsenal"la PSJ arasında baş tutacaq Çempionlar Liqasının həlledici görüşünü almaniyalı Daniel Zibert idəcə edəcək. Qarşılaşma mayın 30-da Macarıstanın Budapeşt şəhərində keçiriləcək.
Avropa Liqasının "Aston Villa" - "Fratyburq" matçında ədaləti Fransadan olan Fransua Leteksye qoruyacaq. Mayın 20-də baş tutacaq finala İstanbul ev sahibliyi edəcək.
Konfrans Liqasının "Kristal Pelas"la "Rayo Valyekano" arasında təşkil olunacaq final oyununda isə italiyalı Mauritsio Mariani iş başında olacaq. Bu görüş 27 may tarixində Almaniyanın Leyptsiq şəhərində keçiriləcək.













