Seru Qirassi mövsümün sonunda "Borussiya"dan ayrılmağı düşünür.

Matc.az xəbər verir ki, bu barədə "Sky Sports" telelviziyası məlumat yayıb.

Qvineyalı forvard komandanın oyun tərzindən tam razı deyil. 30 yaşlı hücumçu yayda klubu dəyişmək istəyir.

Qirassinin Almaniya klubu ilə müqaviləsində yer alan sərbəstqalma maddəsi iyul ayından etibarən 35 milyon avro olacaq. "Real", "Barselona", "Mançester Siti", "Liverpul", "Çelsi", "Mançester Yunayted" və "Arsenal" bu fürsətdən yararlana bilər. "Fənərbaxça" da təcrübəli futbolçu ilə maraqlanır.

Qeyd edək ki, Seru Qirassi bu mövsüm "Borussiya"nın heyətində bütün turnirlərdə keçirdiyi 45 oyunda 21 qol vurub, 6 qol ötürməsi edib. Onun Dortmund təmsilçisi ilə müqaviləsi 2028-ci ilin yayına kimidir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest