"Fiorentina" müdafiəçi Tarik Lempti ilə yollarını ayırıb.

Matc.az xəbər verir ki, bu barədə A Seriyası klubunun mətbuat xidməti məlumat yayıb.

Qanalı futbolçu ilə müqaviləyə vaxtından əvvəl qarşılıqlı razılıq əsasında xitam verilib.

Qeyd edək ki, "Fiorentina" Tarik Lemptini mövsümün əvvəlində "Brayton"dan 3 milyon avroya transfer etmişdi. 24 yaşlı sağ cinah müdafiəçisi Florensiya təmsilçisinin heyətində 2 oyunda cəmi 25 dəqiqə meydanda olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest