Лютсхарел Гертрёйда

"Sanderlend" "Leyptsiq"dən icarəyə götürdüyü Lyutsxarel Qertryoydanın transfer hüquqlarına yiyələnməyəcək.

Matc.az xəbər verir ki, bu barəd.ə "Sky Sports" nəşri məlumat yayıb.

Premyer Liqa klubu niderlandlı müdafiəçinin transfer hüquqlarına yiyələnmək üçün 23 milyon avro ödəməyəcək. Lyutsxarel mövsüm bitdikdən sonra müqavilə ilə məxsus olduğu "Leyptsiq"ə qayıdacaq.

Lakin 25 yaşlı futbolçu Almaniya klubunda qalmayacaq. Avropanın beş böyük liqasında onun heyətinə qatmaq istəyən klublar var.

Qeyd edək ki, "Sanderlend" Lyutsxarel Qertryoydanı mövsümün əvvəlində icarəyə götürüb. Niderland millisinin üzvü İngiltərə təmsilçisinin heyətində 29 oyunda iştirak edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest