"Barselona"nın hücumçusu Robert Levandovski "Portu"nun maraq dairəsinə düşüb.

Matc.az xəbər verir ki, bu barədə "Diario SPORT" məlumat yayıb.

Portuqaliya nəhəngi təcrübəli hücumçunun xidmətində maraqlıdır və ona birillik müqavilə təklif etməyə hazırdır.

​Lakin "əjdahalar" ulduz futbolçu üçün yeganə namizəd deyillər. Polşalının xidmətində həmçinin "Milan", "Yuventus", "Çikaqo Fayr" və Səudiyyə Ərəbistanı çempionatının təmsilçiləri də maraqlıdır. Levandovskinin kataloniyalılar ilə hazırkı müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər nəzərdə tutulub.

37 yaşlı forvard bu mövsüm "Barselona"nın heyətində bütün turnirlərdə 43 matçda iştirak edib, 18 dəfə rəqib qapılarına yol tapıb və 4 məhsuldar ötürmənin müəllifi olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest