Paulo Dibala növbəti mövsümdə də "Roma"da çıxış etmək istədiyini bildirib.

Matc.az xəbər verir ki, bu barədə jurnalist Nikolo Skira sosial şəbəkə hesabında məlumat yayıb.

Argentinalı futbolçu "canavarlar"ın heyətində qalmaq üçün maaşının əhəmiyyətli dərəcədə azaldılmasına razıdır. Hazırda paytaxt klubunun rəhbərliyi futbolçuya hələ rəsmi təklif göndərməyib.

Xatırladaq ki, Paulo Dibala 2022-ci ilin yayından "Roma"nın şərəfini qoruyur. 32 yaşlı forvardın hazırkı müqaviləsinin müddəti 2026-cı ilin iyun ayının sonunda başa çatır. 

Dibala bu mövsüm A Seriyasında 20 oyuna çıxıb, bu oyunlarda 2 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest