Fransalı müdafiəçi Joan Qadu "Salzburq"dan "Borussia"ya transfer olunacaq.

Matc.az xəbər verir ki, bu barədə Dortmund klubunun mətbuat xidməti məlumat yayıb.

Transfer cari ilin iyulun 1-də rəsmiləşəcək. Tərəflər arasında imzalanacaq müqavilə 2031-ci ilin yayına qədər nəzərdə tutulub. Müxtəlif mənbələrə görə, transferin məbləği 20-25 milyon avro arasında dəyişir.

Qadu mərkəz müdafiəçisi mövqeyində çıxış edir. O, PSJ akademiyasının yetirməsidir, lakin Paris təmsilçisinin əsas komandasında forma geyinməyib. Futbolçu 2024-cü ilin sentyabrından etibarən "Salzburq"un şərəfini qoruyur.

Cari mövsümdə klub səviyyəsində 33 oyuna çıxan müdafiəçi fəqrlənə bilməyib. Onun aktivində Fransanın U-19 millisində keçirdiyi 8 oyun da var.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest