12 May 2026, 21:26
FUTBOL
Kilian Mbappe cari mövsümünün son oyunlarında "Real"da oynamaqdan imtina edir.
Matc.az xəbər verir ki, bu barədə "The Athletic" məlumat yayıb.
Bildirilir ki, aprelin sonlarında zədələnən Mbappe, "Barselona" ilə oyundan əvvəl məşqləri bərpa edib. Lakin, o, "El-Klassiko"da əsas heyətdə yer almayacağını öyrəndikdən sonra oyunda meydana çıxmaqdan imtina edib.
Mbappe həmçinin "Real"ın mövsümün son üç oyununda oynamaqdan ümumiyyətlə imtina edir. O, son vaxtlar dəfələrlə baş verən, Madrid azarkeşləri tərəfindən fitə basılmasını istəmir.
Qeyd edək ki, "Real"ın cari mövsümün sonuna qədər La Liqada 3 oyunu qalıb. Madrid klubu "Oviedo", "Sevilla" və "Atletik" ilə üz-üzə gələcək.













