"Vest Hem" İngiltərə Premyer Liqasında qalsa belə, cinah oyunçusu Cerrod Bouen bu yay komandadan ayrıla bilər.
Matc.az xəbər verir ki, bu barədə məlumatı "Daily Mail" paylaşıb.
Uzun müddətdir onu izləyən və əsas namizədlərdən biri olan "Liverpul", yayda klubdan ayrılacaq Məhəmməd Salahın yerinə potensial oyunçu axtardığı üçün 29 yaşlı vingerin transferi ilə maraqlanır.
"Nyukasl" da hücum xəttini gücləndirməyə çalışdığı üçün onunla maraqlanır, çünki Entoni Qordonu satmağa hazırlaşır.
Bouen üçün daha bir namizəd "Everton"dur. Komandanın baş məşqçisi David Moyes 2020-ci ildə "Vest Hem"də işlədiyi vaxt Boueni "Hall Siti"dən 22 milyon funt-sterlinqə transferində rolu olub.
Qeyd edək ki, 29 yaşlı vinger son 5 mövsümün 4-də klubun ən çox qol vuran oyunçusu olub. Son ikisində kapitan kimi çıxış edib, Konfrans Liqasının finalında qələbə qolunu vurub və bundan sonra 7 illik müqavilə imzalayıb.













