"Cenoa"nın ukraynalı yarımmüdafiəçisi Ruslan Malinovski karyerasını Türkiyədə davam etdirəcək.

Matc.az xəbər verir ki, bu barədə "fotoMaç" məlumat yayıb.

33 yaşlı mərkəz yarımmüdafiəçisi "Trabzonspor"la 3 illik müqavilə imzalayıb. Ukraynalı oyunçu illik 1,2 milyon avro qazanacaq və mövsümün sonunda Trabzon klubuna qoşulacaq.

Qeyd edək ki, bu mövsüm Malinovski "Cenoa"da 32 oyun keçirib, 6 qol vurub və 3 məhsuldar ötürmə edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest