13 May 2026, 10:42
FUTBOL
"Arsenal" "Real"ın gənc ulduzu Arda Güleri transfer etmək istəyir.
Matc.az xəbər verir ki, bu barədə "El Nacional" televiziyası məlumat yayıb.
London təmsilçisinin baş məşqisi türkiyəli futbolçunun oyununu bəyənir. Premyer Liqanın lideri 21 yaşlı hücumameyilli yarımmüdafiəçi üçün İspaniya klubuna 90 milyon avroluq təklif göndərməyi planlaşdırır.
Qeyd edək ki, Arda Güler bu mövsüm "Real"ın heyətində bütün turnirlərdə keçirdiyi 50 oyunda 6 qol vurub, 14 qol ötürməsi edib.




_1777894916_1778668071.jpg)








