"Əl-Hilal"ın hücumçusu Darvin Nunes İngiltərəyə qayıda bilər.

Matc.az xəbər verir ki, bu barədə "Football Insider" məlumat yayıb.

"Çelsi" və "Nyukasl" uruqvaylı forvardı transfer etmək istəyir. Hər iki klub Nunes üçün yayda hərəkətə keçməyi planlaşdırır. 26 yaşlı futbolçu Premyer Liqaya qayıtmağa istu yanaşır.

Qeyd edək ki, "Əl-Hila" Darvin Nunesi mövsümün əvvəlində "Liverpul"dan transfer edib. Hücumçu Səudiyyə Ərəbistanı təmsilçisinin heyətində keçirdiyi 24 oyunda 9 qol vurub, 5 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest