13 May 2026, 19:38
FUTBOL
"Neftçi"nin qızlardan ibarət komandası Yüksək Qızlar Liqasında ardıcıl üçüncü dəfə Azərbaycan çempionu olub.
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Baş məşqçi Siyasət Əsgərovun futbolçuları sona 2 tur qalmış "Sumqayıt" üzərində 6:0 hesablı səfər qələbəsi qazanmaqla çempionluğu rəsmiləşdirib.
Bununla da "ağ-qaralar" növbəti dəfə qadınlar arasında keçirilən UEFA Çempionlar Liqasında iştirak etmək hüququ qazanıb.













