İtaliya Kubokunun final oyununda "Latsio" "İnter"lə üz-üzə gəlib.

Matc.az xəbər verir ki, milanlılar 2 cavabsız qolla qələbə qazanaraq kuboka sahib olublar.

Qarşılaşmanın taleyi birinci hissədə həll olunub. Oyunun 14-cü dəqiqəsində Maruşiç öz qapısına qol vurub. 35-ci dəqiqədə isə Martinez ikinci qola imza atıb. Romalılar ikinci hissədə matçın gedişatını dəyişə bilməyiblər.

Bu, "İnter"in 10-cu İtaliya Kuboku tituludur. Onlar sonuncu dəfə ölkə kubokunu 2022/23 mövsümündə qazanıblar.

Qeyd edək ki, "İnter" A Seriyasının 35-ci turunda "Parma"nı məğlub edərək vaxtından əvvəl İtaliya çempionluğunu qazanıb. Beləliklə, "İnter" cari mövsüm həm ölkə çempionluğunu, həm də kubokunu qazanaraq "qızıl dubl"a imza atıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest