"Mançester Yunayted" baş məşqçi Maykl Kerriklə yola davam etməyi planlaşdırır.

Matc.az xəbər verir ki, bu barədə insayder Nikolo Skira məlumat yayıb.

Rəhbərlik komandanın göstərdiyi nəticələrdən razıdır. Yaxın günlərdə ingiltərəli mütəxəssis 3 illik müqavilə imzalanacağı bildirilir.

Qeyd edək ki, Maykl Kerrik bu ilin yanvarında "Mançester Yunayted"in baş məşqçisi vəzifəsinə təyin olunub. "Qıırmızı şeytanlar" Premyer Liqada 36 turdan sonra 65 xal toplayıb və turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest