14 May 2026, 16:06
FUTBOL
"Kalyari" mövsümün əvvəlində "Beşiktaş"dan icarəyə götürdüyü Semih Kılıçsoyun transfer hüquqlarına yiyələnmək istəyir.
Matc.az xəbər verir ki, bu barədə "Fanatik" nəşri məlumat yayıb.
Klublar arasındakı anlaşmada 12 milyon avroluq satınalma bəndi yer alıb. Lakin İtaliya klubu bu məbləği aşağı salmağa çalışır. A Seriyası təmsilçisi 20 yaşlı türkiyəli forvardın transferini 9-10 milyon avroya yekunlaşdırmağa çalışır.
Qeyd edək ki, Semih Kılıçsoy bu mövsüm "Kalyari"nin heyətində keçirdiyi 25 oyunda 4 qol vurub.

_1778777126.jpg)







_1778766155.jpg)



