Mövsümün sonunda "Borussiya" ilə müqaviləsi başa çatan Yulian Brant Avropanın bir çox klublarının transfer siyahısında yer alıb.
Matc.az xəbər verir ki, bu barədə insayder Əkrəm Konur məlumat yayıb.
"Atletiko" almaniyalı futbolçu uğrunda mübarizədə liderlik edir. Madrid təmsilçisi yayda azad agent statusunda olacaq Brandtla danışıqlara başayıb. la Liqa nəhəngi Almaniya millisinin üzvünü komandadan ayrılacağı açıqlanan Antuan Qrizmannın əvəzləyicisi kimi düşünür.
"Arsenal", "Roma" və "Fənərbaxça"nın da 30 yaşlı hücumameyilli yarımmüdafiəçi ilə ilə maraqlandığı deyilir.
Qeyd edək ki, Yulian Brandt 2019-cu ilin yayından "Borussiya"da çıxış edir. Təcrübəli futbolçu Dortmund təmsilçisinin heyətində bütün turnirlərdə keçirdiyi 306 oyunda 57 qol vurub, 70 qol ötürməsi edib.



_1778778453.jpg)
_1778777126.jpg)








