İngiltərə Premyer Liqası mövsümün ən yaxşı baş məşqçisi mükafatına namizədlərin siyahısı açıqlanıb.

Matc.az xəbər verir ki, yarışın rəsmi saytında dərc olunan siyahıya altı mütəxəssis daxil edilib. Bunlar Kit Endryus (“Brentford”), Mikel Arteta (“Arsenal”), Maykl Kerrik (“Mançester Yunayted”), Pep Qvardiola (“Mançester Siti”), Andoni İraola (“Bornmut”) və Rejis Le Brisdir (“Sanderlend”).

Mikel Arteta London klubunu UEFA Çempionlar Liqasının finalına çıxardıqdan və “Arsenal”ın son 22 ildə ilk Premyer Liqa çempionluğu uğrunda mübarizə şansını qoruduqdan sonra bu nominasiyaya daxil edilib. Maykl Karrik isə “qırmızı şeytanlar”ın sürətli yüksəlişi sayəsində namizədlər sırasında yer alıb. Onun yanvarda təyin olunmasından sonra komanda altıncı pillədən üçüncü sıraya yüksələrək Çempionlar Liqasına vəsiqəni təmin edib.

Hazırda komandası ikinci pillədə qərarlaşan və çempionluq uğrunda mübarizəni davam etdirən Pep Qvardiola bu mükafatı karyerasında altıncı dəfə qazanmaq şansı əldə edib. İspaniyalı mütəxəssis daha əvvəl Premyer Liqada 13 dəfə ayın ən yaxşı baş məşqçisi seçilib.

Qalib azarkeşlərin və ekspertlərdən ibarət münsiflər heyətinin səsverməsinin nəticələrinə əsasən müəyyənləşəcək. Səsvermə mayın 18-dək davam edəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest