"Fənərbaxça" Edersonla yollarını ayırıb yeni qapıçı transfer etməyi planlaşdırır.

Matc.az xəbər verir ki, bu barədə "Europacalcio" nəşri məlumat yayıb.

İstanbul nəhənginin əsas hədəfi "Olimpiakos"da çıxış edən Konstantinos Tzolakisdir. Türkiyə klubu yunanıstanlı qolkper üçün Pirey təmsilçisinə 15 milyon avroluq təklif göndərməyə hazırlaşır.

Qeyd edək ki, bu mövsüm "Olimpiakos" forması ilə 42 oyunda meydana çıxan Konstantinos Tzolakis 23 matçda qapısını toxunulmaz saxlamağı bacarıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest