"Real"ın baş məşqçisi təyin olunmağa yaxın olan portuqaliyalı mütəxəssis Joze Mourinyo 7 milyon avro təzminat qarşılığında klubdan ayrıla bilər.

Matc.az xəbər verir ki, bu barədə məlumatı "Record" yayıb.

Bildirilir ki, bu məbləğ tərəflərdən hər hansı biri müqaviləni ləğv etmək qərarına gəldiyi təqdirdə "Benfika" ilə məşqçi arasında razılaşdırılıb. Lakin müqavilədəki bu bənd cari mövsümün son oyunundan sonra yalnız 10 gün ərzində qüvvədə olacaq.

"Benfika" prezidenti Rui Kostanın artıq Mourinyoya müqavilənin uzadılması təklifini təqdim etdiyi və cavab gözlədiyi bildirilir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest