30 İyul 2026, 00:00
ÇEMPİONLAR LİQASI
Bu mərhələdə təmsilçimiz Danimarkanın "Orhus" komandası ilə qarşılaşacaq.
"Sabah"ın UEFA Çempionlar Liqasının III təsnifat mərhələsindəki rəqibi müəyyənləşib.
Matc.az xəbər verir ki, Azərbaycan təmsilçisi II təsnifat mərhələsində Finlandiyanın "KuPS" klubunu mübarizədən kənarlaşdırıb.
"Sabah"ın III təsnifat mərhələsindəki rəqibi də artıq müəyyənləşib. Bu mərhələdə təmsilçimiz Danimarkanın "Orhus" komandası ilə qarşılaşacaq.
Danimarka kollektivi II təsnifat mərhələsində Polşanın "Lex" klubunu üstələyərək növbəti mərhələyə vəsiqə qazanıb.
"Sabah" rəqibinə qarşı ilk matçını səfərdə keçirəcək, cavab qarşılaşması isə Bakıda baş tutacaq. Bu mərhələnin oyunları avqust ayında təşkil olunacaq.













