Qurban Qurbanov jurnalistlərin qarşısına çıxacaq
Azərbaycan çempionunun baş məşqçisi Qurban Qurbanovun iştirakı ilə keçiriləcək mətbuat konfransı iyulun 29-da saat 17:30-da “Azersun Arena”da baş tutacaq. Saat 18:00-də isə eyni arenada media nümayəndələri üçün açıq məşq (ilk 15 dəqiqə) keçiriləcək.



























