APOEL yeni baş məşqçisini açıqladı
APOEL-in yeni baş məşqçisinin adına aydınlıq gəlib. Klub rəsmi saytı vasitəsilə yeni çalışdırıcını təqdim edib. Rəhbərlik öncədən də gözlənildiyi kimi, Tomas Dolla anlaşıb. Almaniyalı mütəxəssis Nikosiya təmsilçisi ilə 2 illik müqavilə imzalayıb.