Birinci pillədə Türkiyə yığmasının kapitanı Burak Yılmaz, ikinci yerdə isə Çexiya millisindən Tomas Suçekdir. Yılmaz Niderlandla qarşılaşmada (4:2), Suçek isə Estoniya ilə matçda het-trik edib.
"Serbiya millisi DÇ-2022-nin əsas mərhələsinə vəsiqə qazanmaq istəyir. Komanda yalnız əks-hücumlarda oynamır. Biz qələbə qazanmaq üçün meydanda əlimizdən gələni edəcəyik"
Futbol üzrə Norveç və Almaniya yığmaları insan hüquqlarının qorunmamasına görə öz etirazlarını bildiriblər. Hər iki yığmanın üzvləri DÇ-2022-nin seçmə mərhələsinin ilk turunun oyunlarına xüsusi köynəklərlə çıxıblar.
"Seçmə mərhələyə uzun müddətdir ki, qələbə ilə başlamırdıq. Bu, Portuqaliya və Azərbaycanla matçdan əvvəl vacib məqamdır. İnanıram ki, qarşıdakı görüşlərdə də yaxşı oynamağa davam edəcəyik".
Belə ki, millidə 171-ci matçını keçirən Ronaldo debütündən 6426 gün sonra Azərbaycana qarşı (1:0) oynayıb. Onun 2003-cü il avqustun 20-dəki ilk yığma matçından 17 il 7 ay 2 gün keçib.
"Belə oyunlar həmişə çətin olur. Çünki topun önündə çoxlu oyunçu var idi. Bizim hücumları gözləyir, sonra isə əks-hücuma keçirdilər. Ola bilsin, ikinci hissədə belə əks-hücumları o qədər də yaxşı nəzarətdə saxlaya bilmədik. Amma ən əsası odur ki, qalib gəldik"
"Demək olar ki, bütün futbolçularını yaxından tanıyırıq, nəyə qadir olduqlarını bilirik. Təlim-məşq toplanışında Portuqaliyanın oyunlarını detallı şəkildə, bizim bilmədiyimiz nüansları məşqçilərin vasitəsilə analiz etmişik. Sabah dünyanın ən yaxşı futbolçularına qarşı oynayacağıq"
"Düşünmürəm ki, bizimlə oyuna qeyri-ciddi yanaşsınlar. Onlara qarşı bir saniyə belə boş dayanmaq olmaz. Son ana qədər mübarizə aparmaq lazımdır. Əgər uğur qazanmaq istəyiriksə, daha istəkli olmalıyıq, daha çox qaçmalıyıq"
"Komanda bir neçə gündür birlikdə hazırlıq keçir. Əlimizdən gələni edəcəyik ki, yaxşı mübarizə aparaq. Bizə dəstək olan, güvənən insanlar inansın ki, komanda olaraq yaxşı nəticə qazanmaq üçün var gücümüzü ortaya qoyacağıq".
"Hədəfimiz dəyişməz olaraq qalır. Əsas məqsəd mundiala yollanmaqdır. Ona görə hər bir oyun bizim üçün çox vacibdir. Ən yaxşı keyfiyyətlərimizi göstərməyə çalışacağıq, ən yaxşı kartlarımızı istifadə edəcəyik"
Domen sahibinin adı: Əsgərov İxtiyar Kamal oğlu VÖEN: 7302144052 Tel: +994 50 286 01 35, +994 70 286 01 35 E-mail: ixtiyar1973@gmail.com Ünvan: Səbail rayonu, Yeni Salyan Şossesi, 22. Məsul redaktorun adı soyadı: Əsgərov İxtiyar Kamal oğlu.
Bu bir internet portalı - online idman-xeber saytıdır.
Saytın yaradılmasında məqsəd oxuculara Azərbaycanda, eləcə də dünyada baş verən idman hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir. Buna görə də bu sahədə olan boşluğu müəyyən qədər doldurmaq niyyətindədir. Təbii ki, Azərbaycanda və dünyada baş verən idman hadisələri də operativ şəkildə çatdırmağa çalışacağıq. Bununla yanaşı, saytımızın oxucularına vaxtaşırı tanınmış idman xadimləri ilə eksklüziv müsahibələr, reportajlar, araşdırmalar təqdim etmək niyyətindəyik.