Sabah Bolqarıstanın paytaxtı Sofiyada yeniyetmə güləşçilər arasında dünya çempionatı start götürəcək. Matc.az xəbər verir ki, ilk yarış günündə 48, 55, 65, 80 və 110 kq-da çıxış edən sərbəst güləşçilər mübarizə aparacaq. 
 
Bu gün püşkatma mərasimi keçirilib və güləşçilərimizin rəqibləri müəyyənləşib.
 
48 kq
1/8 final - Cavid Cavadov - Dalqat Abdulkadırov (RUS)
 
55 kq
Təsnifat - Zirəddin Bayramov - İvan Xramika (BLR)
 
65 kq
Təsnifat - Cəbrayıl Hacıyev - Mikayıl Topal (TUR)
 
80 kq
Fərid Cabbarov - Klayton Edqar Ulrey (USA)
 
110 kq
1/8 final - Hamlet Nəsibli - David Mçelidze (UKR)

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest