Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində keçiriləcək "Neftçi” – "Arsenal” oyunu öncəsi baş məşqçilərin mətbuat konfransının və son məşqinin vaxtı müəyyənləşib. İlk olaraq bu klubun baş məşqçisi Roberto Bordin və futbolçu Rəhman Hacıyevin iştirakı ilə mətbuat konfransı təşkil olunacaq.

Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində keçiriləcək "Neftçi” – "Arsenal” oyunu öncəsi baş məşqçilərin mətbuat konfransının və son məşqinin vaxtı müəyyənləşib. Matc.az-ın "Neftçi"nin rəsmi saytına istinadən məlumatına görə, ilk olaraq bu klubun baş məşqçisi Roberto Bordin və futbolçu Rəhman Hacıyevin iştirakı ilə mətbuat konfransı təşkil olunacaq.

Tədbir sabah "Bakcell Arena”da keçiriləcək və saat 17:30-da başlayacaq. Konfransdan sonra 18:00-da "ağ-qaralar"ın media nümayəndələri üçün açıq (ilk 15 dəqiqəsi) məşqi baş tutacaq.

Həmin gün "Bakcell Arena”da "Arsenal”ın baş məşqçisi İqor Çerevçenko və futbolçusu Maksim Belyayev media önünə çıxacaq. Konfrans 20:30-da, ilk 15 dəqiqəsi açıq olan məşq isə 21:00-da başlayacaq.

Qeyd edək ki, avqustun 1-də keçiriləcək "Neftçi" - "Arsenal" matçı saat 21:00-da başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest