İngiltərənin "Nyukasl Yunayted" klubu yeni emblemini təqdim edib.
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Köhnə loqo ilə müqayisədə dəyişikliklər minimaldır. Yeni emblem "sağsağanlar"ın formalarında növbəti mövsümdən etibarən yer alacaq. "Nyukasl Yunayted"in bundan əvvəlki loqosu 1988-ci ildən bəri dəyişmədən qalırdı.
İngiltərə Premyer Liqasının 2026/2027 mövsümünün geridə qalan beş turunun nəticələrinə görə, turnir cədvəlinə 15 xalla "Mançester Siti" başçılıq edir. İkinci sırada 12 xalla Londonun "Arsenal" klubu, üçüncü yerdə isə 10 xalı olan "Brayton" qərarlaşıb.
Autsayderlər zonasında "Koventri" (3 xal), "Fulhem" və "Tottenhem" (hər biri 2 xal) yer alıb. "Nyukasl Yunayted" isə topladığı 8 xalla turnir cədvəlin 9-cu pilləsində qərarlaşıb.

_1790868629.jpg)



_1790861059.jpg)







