Əsrarəngiz Madrid şəhərində lentə alınmış görüntürlərin ardından "Atletiko" - "Qarabağ" qarşılaşmasına keçid edilən videoda Miçelin başla vurduğu tarixi qol dəfələrlə fərqli kadrlardan göstərilib.

"Qarabağ"ın Madrid zəfərinin bir ili tamam olur. Matç.az saytı xəbər verir ki, klubun yutub kanalı bununla bağlı maraqlı video hazırlayıb.
ötən mövsüm çempionlar Liqasının qrup mərhələsində "Vanda Metropolitano"dakı tarixi uğuru özündə əks etdirən sujet oyun günü kapitan Rəşad Sadıqovun fikirləri ilə başlayır. Madrid şəhərində yüngül qaçış edərək kamera önündə çıxış edən veteran müdafiəçi sanki həmin günün yaddaşlara həkk olunacağını hiss edirdi: "Madrid küçələrindəki səhər məşqi ilə oyuna hazırlaşırıq. Allahın izni ilə axşam qələbə qazanaraq "Qarabağ" yeni tarix yazacaq və bütün dünyaya Qarabağ torpaqlarının kimin olduğunu eşitdirəcək".
 
Əsrarəngiz Madrid şəhərində lentə alınmış görüntürlərin ardından "Atletiko" – "Qarabağ" qarşılaşmasına keçid edilən videoda Miçelin başla vurduğu tarixi qol dəfələrlə fərqli kadrlardan göstərilib. "Qarabağ" futbolçularının, tribunadakı azsaylı azərbaycanlı fanatların sevinci, Yan Oblakın, Dieqo Simeonenin üzüntüsü 2 dəqiqədən bir qədər çox olan videoda yer alıb. Rəşad Sadıqovun qapı xəttindən topu qaytardığı epizodun da təqdim edildiyi görüntülərə bu sözlərlə son qoyulub: "Tarix rəqəmlərlə deyil, zəfərlərlə yazılır".
 
Qeyd edək ki, ötən mövsüm çempionlar Liqasının qrupunda debüt edən "Qarabağ" "çelsi", "Roma" və "Atletiko" ilə eyni qrupda yer almış, İspaniya klubundan hər iki görüşdə 1 xal almışdı. Bakıdakı qolsuz bərabərliyin ardından Madriddəki matçda əvvəlcə 40-cı dəqiqədə Miçel hesabı açmış, 56-cı dəqiqədə isə Tomas "Atletiko"nu məğlubiyyətdən xilas etmişdi.
 
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest