Futbol üzrə Latviya çempionatında 27-ci turun oyunları keçirilir. Matc.az xəbər verir ki, azərbaycanlı futbolçu Vüqar Əsgərovun formasını geyindiyi "Liepaya" da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv doğma meydanda "Ventspils"lə üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 1:2.
 
Vüqar bu matçın iştirakçısı olmayıb. Cari mövsümdə 8 qol vuran futbolçumuz bu oyunu sonadək ehtiyat oyunçular skamyasından izləyib.
 
"Liepaya" hazırda 28 xalla 9 komanda arasında 6-cı pillədə qərarlaşıb.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest