Yaponiyanın paytaxtı Tokioda cüdo üzrə dünya çempionatı davam edir. Matc.az xəbər verir ki, bu nüfuzlu yarışın ilk günündə olduğu kimi, bu gün də mübarizəyə 3 idmançımız qoşulub. Kişilərin yarışında xalça üzərinə çıxan Nicat Şıxəlizadə 1/8 finalda uduzub. Qadınların yarışında isə Gültac Məmmədəliyeva ilə Larisa Florian mundialda uğursuzluğa düçar olublar.

Qeyd edək ki, mundialın ilk günü 3 cüdoçumuz  - Aişə Qurbanlı, Leyla Əliyeva (48 kq) və Davud Məmmədsoy (60 kq) mübarizəni dayandırıb.

 

Kişilər, 66 kq

Bu çəkidəki təmsilçimiz Nicat Şıxəlizadə mundiala uğurlu start götürüb. İlk cəhddə vyetnamlı Quoc Xuanı üstələyən idmançımız ardınca Yerlan Serikzanov (Qazaxıstan) və Almaz Altınbekə (Qırğızıstan) qalib gəlib. Şıxəlizadənin 1/8 finaldakı rəqibi Mohamed Abdelmavqud olub. İdmançımız misirli rəqibi ilə görüşdə "ippon"a düşərək, məğlub olub.

 

Qadınlar, 52 kq

İdmançımız Gültac Məmmədəliyeva birinci mərhələdə mozambikli Jaciro Ferreyranı məğlub edib. Lakin 1/16 finalda özbəkistanlı Diyora Keldiyorova önündə aciz qalıb.

Larisa Aleksandra Florian da eyni aqibətlə üzləşib. Honq-Konq cüdoçusu Şuk Ki çuiya qalib gələn cüdoçumuz növbəti mərhələdəki rəqibi Natalya Kuzutinaya (Rusiya) məğlub olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest