Futbol üzrə Latviya çempionatında 27-ci turun oyunları keçirilib. Matc.az xəbər verir ki, azərbaycanlı futbolçu Əli Şirinovun formasını geyindiyi “Dauqavpils” də növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv səfərdə “Yelqava” ilə üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb - 2:2.
 
Əli bu matçın iştirakçısı olmayıb. Onun adı qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib.
 
“Dauqavpils” hazırda 25 xalla 9 komanda arasında 8-ci pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest