"Havr" heyətini daha bir türkiyəli futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, II liqa təmsilçisi "Bursaspor"un müdafiəçisi Ərtoğrul Ərsoyu transfer edib.

22 yaşlı futbolçu ilə 4 illik müqavilə imzalanıb. O, yeni komandasında 16 nömrəli formanı geyinəcək. Fransa klubu bu transferə görə Bursa təmsilçisinə 750 min avro ödəyib. Ərtoğrul Türkiyə millisinin də üzvüdü.

Qeyd edək ki, "Havr" bir müddət əvvəl "Bursaspor"dan Umut Meraşla da 4 illik müqavilə imzalamışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest