21 yaşadək futbolçulardan ibarət Slovakiya yığmasının heyəti müəyyənləşib. Baş məşqçi Adrian Qula AVRO-2021-in seçmə mərhələsində Azərbaycan millisinə qarşı keçiriləcək oyunlarda xidmətindən yararlanacağı futbolçuların adlarını açıqlayıb.

21 yaşadək futbolçulardan ibarət Slovakiya yığmasının heyəti müəyyənləşib. Matc.az saytının yerli mətbuata istinadən məlumatına görə, baş məşqçi Adrian Qula AVRO-2021-in seçmə mərhələsində Azərbaycan millisinə qarşı keçiriləcək oyunlarda xidmətindən yararlanacağı futbolçuların adlarını açıqlayıb.

çalışdırıcı 2-ci qrupdakı ilk oyunlarına 23 oyunçu dəvət edib. Bundan başqa, ehtiyat qüvvə kimi 16 futbolçunu da müəyyənləşdirib. Əsas oyunçulardan zədələnən və ya performansı baş məşqçini qane etməyən olsa, onlar alternativ heyətdəkilərlə əvəzlənəcək.

Qapıçılar: Martin Vantruba ("Pohronie"), Frederik Valaç ("Petrjalka"), David Şipoş ("Nitra")

Müdafiəçilər: Dominik Şpiriak ("Erqotelis"), Kristian Vallo, Adam Kopas, Branislav Sluka (hamısı "Jilina"), Martin Şulek ("Trenkin"), Martin Bednar, Marej Oravets (hər ikisi "Dunayska"), İvan Mesik ("Spartak", Trnava), Aleksander Mojjiş ("Rujomberok")

Yarımmüdafiəçilər: Martin Adamets ("Odra Opole"), Adam Brenkus ("Rujomberok"), Kristian Herç ("Viktoriya", Plzen), Peter Kolesar ("Zemplin"), Yan Bernat, Mixal Tomiş (hər ikisi "Jilina"), Martin Koval, Yakub Şvets (hər ikisi "Zlate")

Hücumçular: Lyubomir Tupta ("Verona"), Ladislav Almasi ("Petrjalka"), David Strelets ("Slovan").

Qeyd edək ki, Azərbaycan - Slovakiya oyunu sentyabrın 6-da "Dalğa Arena"da keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest